Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının həcmini proqnozlaşdırıb | Banco.az

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının həcmini proqnozlaşdırıb

Beynəlxalq Enerji Agentliyi (BEA) 2023-cü ildə Azərbaycanda neft hasilatının 2022-ci ildən fərqli olmayaraq gündəlik 0,67 milyon barel təşkil edəcəyini gözləyir.

Ölkədə rüblük neft hasilatı aşağıdakı kimi proqnozlaşdırılır: birinci rübdə gündəlik 0,65 milyon barel, ikinci rübdə gündəlik 0,66 milyon barel və üçüncü rübdə gündəlik 0,67 milyon barel. Dördüncü rübə dair məlumatlar dərc olunmayıb.

Qeyd edək ki, 2022-ci ilin sonlarındakı vəziyyətə əsasən Azərbaycanda bu il neft hasilatı 32,6 milyon ton (kondensatla birlikdə) təşkil edəcək. Ötən il 26 milyon ton neft ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 4 faiz və ya təqribən 1,09 milyon ton azdır.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et