Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb | Banco.az

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin noyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 460 min barel səviyyəsində olub.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, noyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı oktyabr ayının göstəricisinə bərabərdir.

    Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

    Beləliklə, Azərbaycan noyabr ayında "OPEC+" çərçivəsində kvotasından 91 min barel geri qalıb.