"Beynəlxalq Bank"ın yeni sədrinə daha bir rəhbər vəzifəsi verilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Beynəlxalq Bank"ın yeni sədrinə daha bir rəhbər vəzifəsi verilib

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. Fonddan verilən məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.

X. Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.

E. Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. E. Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.

Mənbə: Apa.az