“Beynəlxalq Bank”ın Rusiyadakı filialları bağlandı | Banco.az

“Beynəlxalq Bank”ın Rusiyadakı filialları bağlandı

Azərbaycan Beynəlxalq Bankı” özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - “MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.

Banka istinadən xəbər verilir ki, Sankt-Peterburq və Yekaterinburqdakı filiallarının bağlanması barədə qərar “MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə diqqəti ayırmaq məqsədi daşıyır.

Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.

Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et