"Beynəlxalq Bank"ın 50 min manatlıq səhm paketi satılıb | Banco.az

"Beynəlxalq Bank"ın 50 min manatlıq səhm paketi satılıb

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb. Bu barədə BFB-i xəbər verir.

Məlumata görə, əqdlər Bankın hər birinin nominal dəyəri 0,27 manat olan 15 minlik (4 050 manatlıq), 6 minlik (1 620 manatlıq) və 185 minlik (49 950 manatlıq) səhm paketlərinin realizə edilməsini nəzərdə tutur. Təkrar bazarda əldə edilmiş qiymətli kağızları satan və alan tərəflər açıqlanmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələrinə və fiziki şəxslərə məxsusdur.

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et