Beynəlxalq Bankdan kredit götürmək istəyənlərə | Banco.az

Beynəlxalq Bankdan kredit götürmək istəyənlərə

ElKart” Azərbaycan Beynəlxalq Bankının adsız, hissə-hissə ödəniş imkanlı kredit kartıdır. ElKart” 

  • “Elkart” pulsuz təqdim edilir
  • “ElKart” 6-illik istifadə müddətinə buraxılır
  • “ElKart” ödənişsiz SMS Xəbərdarlıq xidmətinə qoşulub
  • “ElKart” üzrə kredit limitinin məbləği 500 - 5000 manat təşkil edir.
  • “ElKart” ilə məhsul və ya xidmətlərin dəyərini 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyə bilərsiniz.
  • "ElKart” VISA Classic və MasterCard Standard tipli kartlarının əsasında buraxılır
  • "ElKart” VISA payWave və MasterCard PayPass kontaktsız ödəniş xidmətlərini dəstəkləyir

“ElKart” nədir?

“ElKart” hissə - hissə ödəniş imkanlı kredit kartıdır. Bank tərəfindən əvvəlcədən təyin edilmiş kredit limitli “ElKart” ilə alış-veriş edin, ticarət müəssisələrində məhsul və ya xidmətlərin dəyərini öz istəyinizə uyğun 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyin. 
“ElKart” “VISA Classic” və ya “Mastercard Standard” tipli kartlarının əsasında buraxılmış, “Mastercard PayPass” və “VISA payWave” kontaktsız ödəniş xüsusiyyətlərinə malik kredit kartıdır.

“Elkart” neçəyədir?

“Elkart” pulsuz təqdim edilir.

“ElKart” ilə bankdan nə qədər pul ala bilərəm?

Ən sərfəli kredit üçün müraciət et

Kredit limitinin məbləği minimum 500 manat, maksimum 5000 manat təşkil edir.

“Elkart” ilə kredit hansı müddətə verilir?

Ayrılan kredit limitinin müddəti maksimum 2 il təşkil edir.

“Elkart” üzrə ödənişlər neçə hissə ilə keçirilə bilər?

“ElKart” ilə alış-veriş edərək, ticarət müəssisələrində məhsul və ya xidmətlərin dəyərini öz istəyinizə uyğun 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyə bilərsiniz.

“Elkart” üzrə ödənişlərin faizsiz güzəşt müddəti

Elkart” ilə istifadə edilən vəsaiti faizsiz ödəmək üçün bərabər hissələrə bölünmüş məbləğləri hər növbəti ayın onuncu (10-cu) bank iş gününədək ödəmək lazımdır.

“ElKart” ilə nağd pul almaq olarmı?

ElKart” ilə bank tərəfindən əvvəlcədən elan edildiyi tarixlərdə ABB-nin bankomatlarında kartda olan vəsaiti nağdlaşdırmaq mümkündür. Nağdlaşdırılan vəsaitdən 3% komissiya tutulur.

Necə “ElKart” sahibi ola bilərəm?

“ElKart” almaq üçün ABB filial və ya şöbələrinə yaxınlaşmalı və kredit sorğusu formasını doldurmalısınız.

"ElKart"-ı daha yaxından tanıyaq!

Ən sərfəli krediti almaq üçün müraciət et