"ElKart"-ı daha yaxından tanıyaq! | Banco.az

"ElKart"-ı daha yaxından tanıyaq!

ElKart nədir?

ElKart Azərbaycan Beynəlxalq Bankının adsız, hissə-hissə ödəniş imkanlı kredit kartıdır.

ElKart “VİSA Classic” və “Mastercard Standard” tipli kartlarının əsasında buraxılır və “VİSA PayWave” və “Mastercard PayPass” kontaktsız ödəniş xidmətlərini dəstəkləyir. “ElKart” 6 (altı) illik istifadə müddətinə buraxılır. Kartlar əlavə ödənişsiz SMS-Xəbərdarlıq xidmətinə qoşulur. “Elkart” Azərbaycan Beynəlxalq Bankının kreditlərin verilməsi üzrə Qaydaların tələblərinə cavab verən 20-65 yaş arasında Azərbaycan Respublikası vətəndaşlarına təqdim edilir.

Hissə hissə ödə!

“Elkart” ilə alış-veriş edərək, ticarət müəssisələrində məhsul və ya xidmətlərin dəyərini öz istəyinizə uyğun 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyə bilərsiniz.

ElKart üzrə tətbiq olunan tariflər:

  • “Elkart” pulsuz təqdim edilir
  • Kreditin rəsmiləşdirilməsi üzrə komisyon haqqı kreditlərin rəsmiləşdirilməsi üzrə xidmət haqqı əgər əvvəllər kredit məbləğinin 2%-i  təşkil edir.
  • Kredit limitinin məbləği minimum 500 manat, maksimum 5000 manat təşkil edir. Ayrılan kredit limitinin müddəti maksimum 2 il təşkil edir.

“Elkart” ilə istifadə edilən vəsaiti faizsiz ödəmək üçün bərabər hissələrə bölünmüş məbləğləri hər növbəti ayın 10-dək ödənilməlidir. İstifadə edilən vəsait üzrə ödənişlər faizsiz güzəşt müddəti ərzində ödənilmədiyi halda istifadə edilən vəsaitə 36% (illik) hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Nağdlaşdırma

“Elkart” ilə bank tərəfindən əvvəlcədən elan edildiyi tarixlərdə ABB-nin bankomatlarında kartda olan vəsaiti nağdlaşdırmaq mükündür. Nağdlaşdırılan vəsaitdən 3% komissiya tutulur.

Misal üçün:

ElKart ilə ticarət müəssisəsində 3 aylıq bərabər hisslərələ ödəniş şərti ilə 300 manatlıq alış-veriş edirsiniz. Alış-veriş yanvar ayının 5-də baş verib. ElKart qalıq balansınız 700 AZN təşkil edir. Xərclədiyiniz vəsaiti faizsiz qaytarmaq istəyirsinizsə, güzəştlı ödəniş müddətindən istifadə edin və üç ay ərzində hər ayın 10-dək ElKart hesabınıza 100 AZN ödəyin.

300/3=100

Bu alış veriş üzrə Siz üç ödəniş etməlisiniz: fevralın 10-dək, martın 10-dək və aprelin 10-dək.

Ən sərfəli krediti almaq üçün müraciət et