Banco.az "APA"ya istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.
R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.
Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.