"Biz ümid edirik ki, Kredit bürosu Azərbaycanda risklərin idarə edilməsində mühüm rol oynayacaq". Bunu Kredit bürosunun təsis mərasimində çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
A.Əzimova qeyd edib ki, yeni yaradılan qurum ölkəyə birbaşa xarici sərmayələrin (FDI) yatırılmasında da əhəmiyyətə malik olacaq.
"Creditİnfo Group"un təsisçisi və rəhbəri Reynir Qretarrson isə deyib ki, təmsil etdiyi ölkənin bu sahədə 20 illik təcrübəsi var:
"Biz əvvəlcə təşkialtın yaradılması üçün çalışdıq və 9 üzvdən ibarət müşahidə şurasının seçdik. Elçin Əhmədovu Müşahidə Şurasına sədr seçdik".
Qeyd edək ki, E.Əhmədov Azərbaycan Beynəlxalq Bankının sədrinin müşaviridir.
Mənbə: Report.az