"Beynəlxalq Bank" saytını yeniləyib | Banco.az

"Beynəlxalq Bank" saytını yeniləyib

"Azərbaycan Beynəlxalq Bank"ı rəsmi veb səhifəsini yeniləyib. Belə ki, indiyə kimi sadə dizaynda qarşımıza çıxan sayt bu gündən daha fərqli və unikal görünüşlə xidmətə başlayıb. Saytın əvvəlki arxa fonu ağ rəng üzərində olarkən, indiki versiyada göy rəng hakimdir.

Saytda sağ aşağı küncdə online müraciət üçün pəncərə mövcuddur. Buraya daxil olduqda sizinlə hansı əməkdaşın danışacağını görə bilərsiniz. Sayt "Jeyhun İmanov Studio" tərəfindən hazırlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Jeyhun İmanov Studio" "Kapital Bank", "Paşa Bank", "AGBank", "Xalq Bank", "Bank of Baku", "Unibank" kimi bankların da veb saytlarını hazırlamışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et