Beynəlxalq Bank restrukturizasiya müddətinin uzadılması üçün məhkəməyə müraciət edib | Banco.az

Beynəlxalq Bank restrukturizasiya müddətinin uzadılması üçün məhkəməyə müraciət edib

"Azərbaycan Beynəlxalq Bankı" ASC xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiya prosesinin 180 gün müddətinə uzadılması üçün yerli rayon məhkəməsinə müraciət edib.

Bu məlumat bankın restrukturizasiya məsələləri üzrə agent qismində çıxış edən "D.F. King & Co" şirkətinin yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd edək ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.

 

Qeyd edək ki, Beynəlxalq Bank 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.

Apa.az