Beynəlxalq Bank ilə bağlı bank münasibətlərində problem yaşanıb? | Banco.az

Beynəlxalq Bank ilə bağlı bank münasibətlərində problem yaşanıb?

"Düşünmürəm ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verənlər ölkədə banklararası, eləcə də əhali və banklar arasında münasibətlərə təsir edib".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

"Dövlət ABB-nin öhdəlikləri ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirib və Banka kifayət qədər likvidlik verib, buna görə də ölkədaxili bank münasibətlərində hər hansı problem yaşanmayıb", - deyə Z.Nuriyev qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

ABA sədrinin sözlərinə görə, ABB ilə bağlı vəziyyətin Azərbaycanın digər banklarının xaricdən vəsait cəlb etməsinə necə təsir edəcəyini zaman göstərəcək, amma hələ ki, yerli kredit təşkilatlarının xaricdən intensiv şəkildə borc almasına ehtiyac yoxdur: "Xaricdən cəlb edilmiş vəsaitlərin yerləşdirilməsinə dair müəyyən məhdudiyyətlər var". 

Mənbə: Report.az