Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
“Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir”, - deyə o qeyd edib.
Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: “İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".
© APA