Bəşəriyyət üçün həyəcan təbili: Dünyada qalıq yanacaq istehlakı yüksəlməkdə davam edir | Banco.az

Bəşəriyyət üçün həyəcan təbili: Dünyada qalıq yanacaq istehlakı yüksəlməkdə davam edir

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Covid-19-dan əvvəl dünyada enerji istehlakı əvvəlki ilə nisbətən 2 faiz, 2019-cu ilə nisbətən isə 5 faiz artıb. Qalıq yanacaq istehlakının artması dünyada narahatlıq yaradan proseslərə daxildir.

Banco.az bu barədə olan kiçik araşdırmanı təqdim edir:

Dörd il ərzində qalıq yanacaqların payı 0,4 faiz azalsa da, 81,5 faizdən yüksək səviyyədədir.
Bərpa olunan enerji  mənbələrin payı cəmi 14,6-dır. Nüvə resursları da nəzərə alındıqda bu nisbət 18 faizə qədər yüksəlir. Enerji istehlakının aparıcı amillərinə nəzər saldıqda, kömürün payı da çoxalıb. Keçən il kömür hasilatı rekord həddə çataraq 179 Exajoules (EJ) səviyyəsinə çatıb. Bu hasilatın 80 faizi Asiya Sakit Okeanın payına düşür. Hesabat dövründə Avstraliya, Çin, Hindistan və İndoneziya müvafiq olaraq ən böyük qara almaz istehsalçıları olublar. Çin kömür istehlakının əsas ünvanına çevrilib və təkcə qlobal istehlakın 56 faizini təşkil etməkdədir.
Hindistan həmçinin qalıq yanacaq istehlakında Avropa və Şimali Amerikanın ümumi istehlakını üstələyib. Qərb mərkəzlərində isə son 10 ildəki eniş tendensiyası davam edib və 10 EJ səviyyəsi qorunub saxlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Kömürə olan bu tələbat müxtəlif iqlim konfranslarında tez-tez “kömürdən çıxma və ya tədricən keçid” ilə bağlı müzakirələri artırıb. 

Üstəlik, o da məlum olub ki, bəzi ölkələr qısa və orta müddətli hesablamalarla öz istehsal və istehlakını dünyanın gələcəyindən üstün tuturlar.

ABŞ-nin liderliyi təkcə enerji siyasəti baxımından deyil, həm də qlobal siyasət və dünyanın gələcəyi baxımından ciddi ipucları verir. 
Xüsusilə Çinin istehlak cəbhəsində lider olduğunu nəzərə alsaq, alıcı-satıcı münasibətlərinin yaratdığı “asılılığın” gələcəkdə iki faktor arasındakı münasibətlər daha da “müəyyənləşdirici” olacaq.
Ümumiyyətlə, kömür və bütövlükdə qalıq yanacaqların elektrik enerjisi istehsalında liderlik bayrağını itirməməsi mühüm məsələdir. Bu inkişafın qarşısında bərpa olunan mənbələrdəki inkişaflar ümidverici olsa da, 1,5 dərəcə həddinin qorunub saxlanması vacibdir.  
Bütün bu məsələləri nəzərə alaraq, Dünya Enerji İnstitutunun hesabatını qısa və ortamüddətli iqtisadi və siyasi maraqların müdafiəsi baxımından müsbət adlandırmaq olmaz.  Görünür, onlar qalıq yanacaqların artımını bəşəriyyətin ümumi qayğısından üstün tuturlar və bu tendensiyada ciddi azalma yoxdur.