“Berkshire Hathaway” 1,5 milyard dollar dəyərində “Bank of America” səhmlərini satdı | Banco.az

“Berkshire Hathaway” 1,5 milyard dollar dəyərində “Bank of America” səhmlərini satdı

Müəllif:Ayşən İmanova/Banco.az

Milyarder Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway” keçən həftə “Bank of America”nın 1,5 milyard dollar dəyərində səhmlərini satıb.

Banco.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, son üç iş günü ərzində şirkət “Bank of America”nın 34 milyon səhmini satıb.

“Berkshire” hazırda “Bank of America”nın 42,9 milyard dollar dəyərində təxminən 999 milyon səhminə (12,8%) sahibdir.

Qeyd edək ki, bu ilin əvvəlindən bankın səhmləri 27,4% bahalaşıb. Cümə günü bazarın bağlanışında onların qiyməti 42,9 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et