Benzinə qənaət etməyin yolları | Banco.az

Benzinə qənaət etməyin yolları

Yaxın gələcəkdə benzinin qiymətinin artım tendensiyası bir çoxunu yanacağa qənaət barədə düşünməyə vadar edəcək. Təbii ki, indiki halda ən səmərəli həll yolu öz avtomobilinizi daha qənaətli avtomobillə dəyişməkdir. 

Ancaq bəzi hallarda bu variantdan istifadə etmək imkanı olmur. Bu zaman isə bir neçə üsula əl atmaq lazım gəlir.

İlk olaraq avtomobilin sürət həddini aşmayaraq idarə etmək lazımdır. Eyni zamanda maşını idman üslubunda yəni, yerdən yarışa başlarcasına, həmçinin kəskin manevr etməyərək sürmək lazımdır. İşıqforda dayanan bahalı xarici avtomobili ötməmək də sizə 10%-dən 30%-ə qədər yanacağa qənaət etməyə imkan verəcək. 

Avtomobildə kondisionerdən istifadəni minimallaşdırın. Bu ilk baxışdan komfort hissinin yaradacağı kimi görsənsə də əhəmiyyətli dərəcədə yanacaq israfına səbəb olur. Kondisionerdən tamamilə imtina etmək lazım deyil. Vaxtaşırı istifadə etmək daha məqsədə uyğundur.

Avtomobilin normadan artıq yüklənməsi də yanacağın sərfiyyatını artırır. Eyni zamanda, təkərlərə diqqət də sizə qənaət etməyə imkan verir. Belə ki, avtomobilinizin şinlərində məsləhət görülən təzyiqdən artıq və ya az olmasına nəzarət edin. Şinlərdə təzyiqin uyğunsuzluğu maşının mühərrikinə mənfi təsir edir. Şinlərə nəzarət isə sizə 5%-lik yanacaq qənaətinə imkan verəcək. 

Avtomobilinizin lazımi texniki vəziyyətininə nəzarət edin. Saz avtomobiliniz sizi yalnız öz etibarlılığıyla sevindirməyəcək, həm də əlverişlilik kimi bonus hədiyyələr edəcək.

Yalnız yaxşı yağlardan istifadə edin və müxtəlif "super" yağlara etibar etməyin. Avtoistehsalçının və ya ustanın məsləhətinə qulaq asın. Keyfiyyətli yağdan istifadə edin. Çünki ucuz yağ avtomobilinin "ürəyi"ni məhv edir. Bununla da siz nəinki benzin qənaəti edəcəksiniz, eyni zamanda mühərrikin əsaslı təmir riskindən sığorta olunacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et