Belçikanın vergi sistemi necə işləyir? | Banco.az

Belçikanın vergi sistemi necə işləyir?

Hər hansı bir ölkəyə köçməzdən öncə - onun vergi məcəlləsi ilə tanış olmaqda fayda var. Məsələn Belçika dünyada vergilərin həcminə görə lider ölkələrdən biridir.

Gəlin, bu vergi sistemi ilə daha yaxından tanış olaq.

Belçika Krallığı  yaxşı inkişaf etmiş iqtisadiyyata malik ölkədir, xidmətlərin və məhsulların idxalına meyllidir. Ölkə ərazisində almaz istehsalına görə Avropada ən böyük müəssilərdən biri yerləşir (Antverpen). Yaxşı iqtisadi göstəricilərinə və xidmət sferasında güclü sənayesinin olmasına baxmayaraq, Belçikanın dövlət borcu ÜMM-in 80%-ni üstələyir. Avropa İttifaqının üzvüdür, İƏİT-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının) “ağ siyahısına” daxildir.

Gəlir vergisi

  • Gəlir vergisini, Belçika qanunvericiliyinə müvafiq olaraq, hüquqi şəxs qismində qeydiyyata alınmış kommersiya kompaniyaları ödəyir. Bundan əlavə kompaniyaların Belçika ərazisində baş ofisi və ya daimi ünvanı (daimi nümayəndəliyi) olmalıdır. Qeyri-rezidentlər də gəlir vergisinə cəlb olunur, sadəcə rezidentlərlə müqayisədə bu vergiyə cəlb olunmanın bəzi özəllikləri vardır.
  • Gəlir vergisinin ümumi dərəcəsi – 33,99% təşkil edir.

Maraqlıdır:

Həcmi 33,99%-ə bərabər olan gəlir vergisi özündə 3%-lik «austerity surcharge»/«böhran haqqı» adlanan elementi də əhatə edir və 2012-ci ildən bəri Belçikada tətbiq olunan və büdcə defisitinin azaldılmasına yönəlmiş sərt iqtisadi tədbirlərin bir hissəsidir.

Əgər kompaniyanın gəlirlərinin səviyyəsi 332 500 € -dan azdırsa, onda azaldılmış proqressiv şkala tətbiq olunur. Gəlirlər 25 000 € avroya qədər olduqda bu rəqəm 24,98%, 25 001 € avrodan  90 000-ə qədər – 31,93%, 90 mindən 332 500 € avroya qədər olduqda isə 33,54% təşkil edir.

Kapital artımından gəlirlərə (capital gains tax)  görə ayrıca vergi Belçika qanunvericiliyi ilə nəzərdə tutulmayıb. Belə gəlirlər ümumi qaydada gəlir vergisinə cəlb olunur, amma istisnalar da var. Məsələn, əgər kompaniyanın likvidasiyası zamanı likvidasiya ödənişləri səhmdarlar arasında bölüşdürülərkən, həmin vəsaitlərin dəyəri hər bir səhmdara düşən hissə, onun etdiyi ilkin yatırımdan (kapital) çox olarsa, onda belə gəlir dividentlər kimi vergiyə məruz qalacaq.

  • Ümumi qaydada isə aktivlərin realizasiyasından olan gəlirlər vergiyə cəlb olunur, bəzi hallarda realizasiya olunmayan aktivlərdə vergiyə məruz qalır( misal üçün, yuxarıda göstərildiyi kimi, səhmdarlara likvidasiya ödənişlərinin verilməsi zamanı)
  • Belçika ərazisində daşınmaz əmlakın satışından yaranan gəlirlərdən tutulan verginin standart faiz dərəcəsi 33,99%-dir, yalnız o halda ki, bu əməliyyat evə sahib olmanın ilk 5 ili ərzində baş tutsun,  5 illik mülkiyyət dövründən sonra satış baş verərsə, vergi 16,99% təşkil edir.
  • Belçikda transfer qiymətlərini tənzimləyən bir sıra normalar mövcuddur, xüsusən də asılı tərəflər “açıq əl prinsipinə (Arm's length principle) uyğun hərəkət etməlidirlər. Bundan əlavə İƏİT-nin 1995-ci il «Transmilli korporasiyalar üçün transfer qiymətləri və vergi orqanları haqqında” normalardan başqa Belçikanın özünün maliyyə nazirliyinin  də bir sıra yerli aktları da vardır.
  • Belçikada, idarə etdiyiniz əcnəbi kompaniyaların gəlirlərinin vergiyə  məruz qalmasına dair norma yoxdur.
  • Olduqca məşhur olan Lüksemburq və Niderland holdinqlərinə alternativ kimi belçika kompaniyalarından istifadə kifayət qədər maraqlı ola bilər. Bəzi şərtlər daixilində, ödənilən və qazanılan dividentlərə aşağı vergi qoyuluşu, o cümlədən Avropa və ya digər xaricdən “asılı” kompaniayların səhmlərinin alqı-satqısından gəlirlərə sıfır vergi qoyuluşu, Belçika şirkətlərinə üstünlük qazandırır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbədən vergi

  • Kompaniyanın dividentlərinin bölüşdürülməsi zamanı  ödəniş mənbəyindən verginin standart faizi 25%-dir. Bununla yanaşı, divident əldə etmiş belçika kompaniyası əgər imtiyazlarla bağlı təməl şərtlərə əməl edərsə, diventlərin 95%-i vergiyə cəlb olunmaya bilər: (1) divident ödəyən törəmə kompaniyasında iştirak payı 10%-dən az olmalı deyil (2) törəmə müəssisəsinə edilən investisiyanın həcmi 2,5 milyon avrodan az olmasın və (3) yerli qanunvericiliyə uyğun gəlir vergisinin ödəyicisi olsun. Beləliklə divident vergisinin effektiv faiz dərəcəsi 25% deyil, əslində 1,25% təşkil etmiş olur.
  • Bununla yanaşı əgər həm ana, həm də törəmə şirkət Belçikanın vergi rezidentləri olarsa və törəmə müəsisədə iştirak payı 10% həcmdə və 1 ildən çox müddətdə (holding period). ana kompaniyaya məxsus olarsa onda da divident vergisi ödənmir.
  • Əcnəbi törəmə (qız) kompaniyalar tərəfindən ödənilən vergilərə gəldikdə isə, əgər ikiqat vergiyə məruz qoymama haqqında saziş olarsa ( Belçika 80-dən çox belə saziş imzalayıb), mənbədən ödənilən verginin faizi azaldıla və ya sazişin şərtlərindən irəli gələrək sıfırlana bilər.
  • Rezident kompaniya əgər xarici kompaniyaya divident ödəyirsə, 25% vergi tətbiq edir, lakin  Aİ-dən rezident olan kompaniyalara həmçinin Belçika ilə informasiya mübadislə (TIEA) haqqında razılığı olan ölkələrdəki kompaniyalara ödənilən dividentlərə vergi qoyulmur,  
  • Həm rezidentlərə, həm də qeyri rezidentlərə faiz ödənişləri 25% həcmində vergiyə cəlb olunur.
  • Rezident kompaniyalar tərəfindən ödənilən royaltilər mənbədən vergiyə məruz qalmır, amma gəlir vergisi və ƏDV tutulur. Qeyri rezident kompaniyaya ödənilən royaltilər 25% həcmində vergiyə məruz qalır.

ƏDV

Standart faiz dərəcəsi 21%-dir. Bəzi xidmətlər və məhsullar üçün azaldılmış faizlər ola bilər (12% və ya 6%). 1993-cü ildən bəri ƏDV-nin tutlması ilə bağlı Aİ qanunvericiliyinin tətbiqi mümkündür. Ümumi halda əgər yerli qanunverciliklə Aİ-nin  hər hansı bir normalar ƏDV üzərindən üst-üstə düşmürsə, Aİ normalarına üstünlük verilir. Hazırda onlar birbaşa qüvvəyə malikdir.

Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması  

Belçika qanunvericiliyi vergilərin hesblanması üçün proqressiv şkala nəzərdə tutur. Əgər gəlir ildə 8 680 avrodan az olarsa - 25% vergi tətbiq olunur, əgər 8680 avrodan  12360 avroya qədər olarsa - 30%, 12 360 avrodan 20 600-ə qədər olarsa - 40%, 20600-dən 37 750 avroya qədər – 45%, 37750  avrodan daha çox olarsa – 50% vergi  tutulur. Əgər fiziki şəxs, o cümlədən prezident divident alıcısıdırsa, 25% civarında vergi ödəyir.

Fiziki şəxslərin daşınmaz əmlaklarına vergi

Vergi mülkiyyətdə olan daşınmaz əmlakın (torpaq, mənzil, bina, sənaye tikililəri)  şərti icarə gəlirindən tutulur. Belçikada fiziki şəxslərin daşınmaz əmlakdan gəliri hesablanmış icarə haqqı hesab olunur və vergi orqanı tərəfindən hər il müəyyən olunur. Regiondan asılı olaraq dəyişir. Təxminən illik 1,25-2,5 % arasında ola bilər.

Mülk işgüzar məqsədlər ilə icarəyə verilirsə də hesablamalar nisbətən fərqli olacaq.