Belarus Respublikası AMB-nin təcrübəsini öyrənir | Banco.az

Belarus Respublikası AMB-nin təcrübəsini öyrənir

Azərbaycan Mərkəzi Bankından verilən məlumatda qeyd olunur ki, Belarus Respublikası Milli Bankı informasiya texnologiyalarının tətbiqi sahəsində AMB-nin təcrübəsini öyrənir.

Belarus Respublikası Milli Bankının nümayəndə heyətinin Bakıya səfəri zamanı onlara informasiya texnologiyalarının mövcud infrastrukturu, onun inkişafı strategiyası və idarə olunması üzrə tətbiq olunan metodologiya və siyasət haqqında məlumat təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Belarus Respublikası Milli Bankının nümayəndə heyəti Mərkəzi Bankın 2015-2020-ci illər üzrə inkişaf perspektivləri, "Help Desk" xidmətinin təşkili və insidentlərin idarə olunması barəsində də məlumatlandırılmışdır.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et