Belarus Azərbaycana aldığından 8 dəfə çox mallar satıb | Banco.az

Belarus Azərbaycana aldığından 8 dəfə çox mallar satıb

Belarus Azərbaycana 141 milyon dollarlıq mallar göndərdiyi halda, Azərbaycan Belarusa 17,3 milyon dollarlıq mallar satıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 158 milyon ABŞ dollarını ötüb.

Bu barədə  Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Azərbaycana Belarusdan idxal 141 milyon 52 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 17 milyon 304 min dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.

Azərtac 

Ən sərfəli krediti almaq üçün müraciət et