BƏƏ investisiyaların cəlb olunması üçün əlverişli mühit yaratmağa çalışır | Banco.az

BƏƏ investisiyaların cəlb olunması üçün əlverişli mühit yaratmağa çalışır

Neft sərvətləri və güzəştli vergilər Fars körfəzi ölkələrini xarici investisiyalarla təmin edir. BƏƏ bu il investisiya axınının 20%, təxminən 14 milyard dollar həcmində artacağına ümid edir. Bu barədə BƏƏ-nin iqtisadiyyat nazirinin müavini Abdullah əl Saleh məlumat verib. Bununla yanaşı, o, keçən il Dubayın daşınmaz əmlak bazarında qiymətlərin 20% artması ilə yaranan çaxnaşma qorxusunu aradan qaldırmağa çalışıb.

"BƏƏ bir çox səbəblərə görə xarici investisiya üçün ən cəlbedici ölkələrdən biridir. 2014-2015-ci illərdə ölkə bu göstərici üzrə ilk onluğa daxil olacaq. BƏƏ bazarında çaxnaşma meydana gəldiyini deyən insanlar sadəcə olaraq, bu ölkəyə investisiya yatırmaq imkanını itirirlər", deyə bildirib.

İnvestorlar üçün əsas amillərdən biri ölkənin siyasi vəziyyətidir. BƏƏ rəhbərliyi hesab edir ki, İrana qarşı sanksiyaların yumşaldılması ölkədə sabitliyin möhkəmləndirilməsinə şərait yarada bilər. Rəsmi məlumatlara əsasən, 2011-2012-ci illərdə ölkələr arasında ticarət dövriyyəsi 3 dəfə (6.8 milyon dollar) azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Abdullah əl Saleh:

"İran BƏƏ-nin aparıcı ticarət tərəfdaşlarından biridir. Regionda sabitlik nəinki BƏƏ-də, eləcə də bütün dünyada iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradır."

"Euronews" telekanalının Dubay üzrə müxbiri Fransua Şinyak:

"BƏƏ iqtisadi baxımdan 2014-cü ilə müsbət notlarla başlayır. BƏƏ və İran arasındakı iqtisadi münasibətlərdə yeni səhifə açılır. Tehrana qarşı beynəlxalq sanksiyaların tətbiqinə baxmayaraq, BƏƏ və İran arasında hər zaman güclü iqsidadi və sosial əlaqələr mövcud olmuşdur."

Banco.az/Sevinc Ibadova