BƏƏ-dən Azərbaycana pul köçürmələri artıb | Banco.az

BƏƏ-dən Azərbaycana pul köçürmələri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) fiziki şəxslər tərəfindən 2024-cü ildə Azərbaycana 31 milyon 679 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü illə müqayisədə 6,6% (1 milyon 952 min dollar) çoxdur. 2023-cü ildə bu məbləğ 29 milyon 727 min dollara bərabər olub. 

Qeyd edək ki, ötən il BƏƏ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2,9% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram