Müəllif - Aida İsaq, Banco.az
Birləşmiş Ərəb Əmirliklərinin federal hökumətinin əməkdaşları iyulun 1-dən etibarən dörd günlük iş həftəsi üzrə çalışa biləcək.
Banco.az xəbər verir ki, cümə gününün istirahət günü hesab olunacağı təqdirdə, bir iş günü maksimum 10 saata və ya həftəlik çalışmaq zamanı 40 saata qədər uzadıla bilər. Məlumata görə, qısa iş həftəsinə keçid işəgötürənlə razılaşdırılmalıdır.
Qeyd edək ki, İslandiya 2015-ci ildən 4 günlük iş həftəsini tətbiq edən dünyanın ilk ölkəsi olub. Ölkədə işləyən əhalinin 86%-i qısaldılmış iş həftəsinə keçib. Daha sonra oxşar təcrübələr Belçika, Böyük Britaniya və bir sıra başqa ölkələrdə də aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!