Bazarlarda Çinlə bağlı narahatlıqlar davam edir | Banco.az

Bazarlarda Çinlə bağlı narahatlıqlar davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bazarlarda Çinlə bağlı bədbin fikirlər artmaqdadır.

Banco.az xəbər verir ki, aparıcı fond menecerləri Çin səhm və istiqraz bazarları ilə bağlı təmkinli qalacaqlarını bildirirlər.

“JPMorgan” və “Pimco”nun fikrincə, iqtisadiyyatında periodik deyil, struktur problemləri olan Çində investisiya üçün ehtiyatlı davranmaq lazımdır.

JPMorgan Qlobal Tədqiqat rəhbəri Coys Çanqın sözlərinə görə, Çin iqtisadiyyatı periodik deyil, daha çox struktur problemləri nümayiş etdirir.

Çanq bu il Çin hökumətinin 5 faizlik artımla bağlı rəsmi hədəfinin üstələnəcəyini proqnozlaşdırsa da, əlavə edib ki, növbəti 10 ildə artım təxminən 3 faizə qədər azala bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Pimco” Asia SGMK Portfel Meneceri Stiven Çanq isə son illərdə Çinə istiqraz yerləşdirmələrini azaltdıqlarını söyləyib. O qeyd edib ki, Çin daşınmaz əmlak bazarının nə vaxt bərpa olunacağını proqnozlaşdırmaq çətindir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et