Bazarlar üçün kritik həftə başlayıb | Banco.az

Bazarlar üçün kritik həftə başlayıb

Qlobal mərkəzi bankların 2019-cu ilin son yığıncağında verəcəyi qərarlar bazarların "radarındadır".

Qlobal bazarlar Avropa və ABŞ mərkəzi banklarının (AMB və Fed) 2019-cu ildə verəcəyi son  faiz qərarlarına fokuslanıb. “Marja” xəbər verir ki, mərkəzi bankların yeni proqnozları, qərarları və açıqlamaları aparacaqları siyasətləri anlamaq baxımından yaxından izləniləcək.

Analitiklər, faizlərin daha da aşağı salınması və pul siyasətinin daha da yumuşaldılması barədə açıqlamaların inkişaf edən bazarların faydasına olacağını və riskli aktivləri dəstəkləyəcəyini bildirirlər.

ABŞ-da cümə günü açıqlanan kənd təsərrüfatı sektoru xarici məşğulluq məlumatı proqnozdan güclü olmuş, bu vəziyyət ardıcıl 3 dəfə faiz endirən Fed-in dayanacağı gözləntilərini gücləndirmişdi.

TÜRKİYƏ, RUSİYA, BRAZİLİYA

Bu həftə Fed və AMB ilə bərabər Türkiyə, Rusiya və Braziliyanın pul siyasəti yığıncaqları olacaq. 3 ölkənin də faiz nisbətlərini endirməsi gözlənilir.

İqtisadçıların təxminlərinə görə, Türkiyə Mərkəzi Bankının Cümə axşamı günkü yığıncaqda faizi 150 bənd aşağı salaraq 12.5%-ə endirməsi gözlənilir. Bəzi iqtisadçılar daha çox endirim də ola biləcəyini qeyd edirlər.

Ən sərfəli kredit üçün müraciət et

BRAZİLİYA

Braziliya Mərkəzi Bankının inflyasiyadakı toparlanmaya baxmayaraq faizi 50 bənd aşağı salması gözlənilir. Ölkənin pul vahidi 27 Noyabrda rekord aşağı səviyyəni görüb.

RUSİYA

Rusiyai Mərkəzi Bankının Cümə günkü yığıncaqda faizi ehtimalla 25 bənd aşağı salaraq  6.25%-ə endirməsi gözlənilir. Rusiya Mərkəzi Bankı bu il indiyə qədər 125 bənd endirim edib. Rusiya rublu ötən  3 ayda ən çox dəyər qazanan inkişaf edən ölkə valyutası olub.

UKRAYNA

Ukrayna Mərkəzi Bankının faizi 14.5%-ə salması gözlənilir. Ukraynanın pul vahidinin bu il bahalaşması, ölkənin ixracdan asılı iqtisadiyyat olması səbəbindən narahatlığa səbəb olur.

Peru, Qazaxıstan, Serbiya və Filipin mərkəzi banklarının isə bu həftə faizləri dəyişdirməsi gözlənilmir.

Qeyd edək ki, bu həftə (13 Dekabrda) Azərbycan Mərkəzi Bankı da faiz qərarını açıqlayacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et