Bazarlar bu axşam açıqlanacaq Fed-in iclas protokollarına fokuslanıb.
Son toplantıdan bu yana "şahin" tərəfdən "göyərçin" tərəfə keçən Fed-in protokollarda verəcəyi pul siyasəti mesajları əhəmiyyətli olacaqdır.
2018-ci ildə 4 dəfə faiz artıran Fed Yanvar ayı toplantısında faizləri dəyişdirməyərək 2.25 - 2.50% aralığında sabit saxladı. Fed açıqlamasında, faiz artırmaqda səbrli olacağını qeyd etmişdi. Açıqlamada balansın normallaşmasına dair, lazım olarsa balansın azalmasının dayandırılacağı və ya əksinə azaldılacağı mesajı verilmişdi.
Protokollarda 4 trilyon dolların üzərindəki balansın azaldılmasına dair qeyd ediləcək detallar bazar üçün əhəmiyyətli olacaq.
Protokollar bu axşam Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq.
NOMURA
"Nomura" balansın normallaşdırılmasına dair planda aydınlaşma gözlədiklərini açıqlayıb.
UBS
UBS isə ən önəmli məsələnin inflyasiya olduğunu açıqlayıb. "Fed-in "səbrli" olmasında inflyasiyanın kritik əhəmiyyətdə olduğunu düşünürük. Protokollar, aşağı inflyasiya və inflyasiya gözləntilərinə dair narahatlıqları gün işığına çıxara bilər".
"Şahin" mövqe - pul siyasətinin sərtləşdirilməsinin tərəfdarı olmaq
"Göyərçin" mövqe - pul siyasətinin yumşaldılmasının tərəfdarı olmaq
marja