Bazara bitkoinin qızıl variantı çıxarılır | Banco.az

Bazara bitkoinin qızıl variantı çıxarılır

Bitkoin virtual kriptovalyutanın yenidən bölünməsi nəticəsində "Bitcoin Gold" adında yeni bir rəqəmsal valyuta yarana bilər. "Haberler" saytına istinadən xəbər verilir ki, Honq-Konqun "LightningASİC" mədən şirkətinin baş icraçı direktoru Cek Liaonun rəhbərlik etdiyi "Bitcoin Gold"un oktyabrın 25-də bazara çıxması gözlənilir. 

Noyabrın 1-dən etibarən isə "Bitcoin Gold" tədavülə buraxılacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Bitcoin Gold"un qiyməti daha kiçik mədənçilik qrupu tərəfindən dəstəklənməsi səbəbindən "Bitcoin Cash"dən daha ucuz olacağı bildirilir. Qeyd edək ki, bitkoin 2017-ci il avqustun 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb. Hazırda "Bitcoin Cash"in qiyməti təxminən 325 dolara bərabərdir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç