Bazar riski nədir? | Banco.az

Bazar riski nədir?

İnvestorlar üçün iki önəmli risk növü mövcuddur: Onlardan biri bazar riski, digəri isə xüsusi risklərdir. Bazar riski sistematik, xüsusi növ risklər isə sistematik olmayan risklərə daxildir. 

Bazar riski investorun maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Böhran, siyasi qarışıqlıq, faiz dərəcəsinin dəyişməsi, təbii fəlakətlər, terror və s. bazar riskinin yaranmasına səbəb ola bilər.

Maliyyə bazarlarında əməliyyatlar həyata keçirən şirkətlər bu risklərin mövcudluğu ilə daha tez üzləşirlər. Bu isə şirkətləri risklərin doğru idarə edilməsinə və risk menecmentin gücləndirilməsinə məcbur edir.

Eyni zamanda bazar risklərinə valyuta riski, kapital riski, əmtəə riski və faiz dərəcəsi riski daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Faiz riski faiz dərəcəsinin dövlətin müvafiq orqanlarının (Mərkəzi Bank) təyin etdiyi və pul siyasətinə uyğun olan həddən fərqlənməsidir.

Kapital riski səhmlərin qiymətində yaranan dəyişiklik ilə əlaqədar yaranır.

Valyuta riski, valyutanın dəyərində baş verən kəskin dəyişikliklər, əmtəə riski isə mühüm əmtəələrin, məsələn, dünya bazarlarında neft və taxılın qiymətinin dəyişməsidir.

Bazar riski investora investisiyasını itirmək təhlükəsi yaradır. Bunun üçün də bazar riskini düzgün müəyyən etmək və onun qarşısını alacaq tədbirlər həyata keçirmək önəmlidir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et