Bazar dəyəri 200 milyard dollardan çox olan banklar | Banco.az

Bazar dəyəri 200 milyard dollardan çox olan banklar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank sənayesi trilyonlarla dollarlıq aktivləri olan çoxsaylı maliyyə institutları ilə geniş və nüfuzlu qlobal varlığa malikdir. 

Daha böyük banklar qlobal iqtisadiyyatda həlledici rol oynayırlar. Onlar beynəlxalq ticarəti asanlaşdırır, biznes kreditləri verir və dünya üzrə milyonlarla müştəriyə maliyyə xidmətləri təklif edirlər.

Dünyada bankların bazar dəyəri günü-gündən artmaqdadır. Hazırda bazar dəyəri ən yüksək ABŞ-yə məxsus "JPMorgan Chase" (561 milyard dollardan çox) bankıdır. Bazar dəyəri 200 milyard dollardan çox olan bankları təqdim edirik (26 mart 2024-cü il tarixinə):

1. JPMorgan Chase (ABŞ): 561,2 milyard dollar

2. Bank of America (ABŞ): 290,8 milyard dollar

3. ICBC (Çin): 246,4 milyard dollar

Ən sərfəli kredit üçün müraciət et

4. Wells Fargo (ABŞ): 200,8 milyard dollar

Qeyd edək ki, bu günə olan məlumata görə, "Agricultural Bank of China"ın (Çin) bazar dəyəri də (199,8 milyard dollar) 200 milyard dollara yaxındır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram