Bayram günlərində 25 minə yaxın sərnişin daşıyıb | Banco.az

Bayram günlərində 25 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramının qeyd olunduğu 20-26 mart tarixlərində 24 880 sərnişin daşıyıb.

Bu barədə qurumdan bildirilib. 

Məlumata görə, bunun 22 423 nəfəri ölkə daxilində hərəkət edən, 24 57 nəfəri isə beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları ilə daşınıb. Bayram günlərində sərnişinlərin sayı normadan 800-1000 nəfər çox olub. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd eək ki, Novruzda dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et