Baydenin "Pandemiya bitib" sözlərinə Avropadan reaksiya gəlib | Banco.az

Baydenin "Pandemiya bitib" sözlərinə Avropadan reaksiya gəlib

Tamara Mustafayeva, Banco.az

Avropa Birliyinin (Aİ) dərman tənzimləyici təşkilatı Avropa Dərman Agentliyinin (EMA) rəsmiləri ABŞ prezidenti Co Baydenin “Kovid-19 pandemiyası artıq başa çatıb” sözlərinə qarşı “Avropada pandemiya davam edir” şəklində reaksiya veriblər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, EMA-nın Baş Tibb Mütəxəssisi Stefan Tirstrup təşkilatın Covid-19 pandemiyası ilə bağlı keçirdiyi mətbuat konfransında Baydenin bir neçə gün əvvəl CBS televiziyasına verdiyi müsahibədə pandemiyanın bitdiyinə dair sözlərini qiymətləndirib.

"Baydenin niyə bu qənaətə gəldiyini deyə bilmərəm. Bizə aydın olan odur ki, pandemiya Avropada hələ də davam edir. Avropa İttifaqına üzv ölkələr bu xəstəliyin Avropada daha da yayılmasının qarşısını almaq üçün Covid-19 peyvəndlərinin paylanmasını davam etdirməlidirlər."

Xatırladaq ki, sentyabrın 19-u CBS kanalına müsahibə verən Co Bayden ölkələrində artıq heç kəsin tibbi maskadan istifadə etmədiyini və vəziyyətin yaxşılaşdığını bildirmiş, "Məsələ ilə bağlı hələ də çox işlər görsək də, ölkədə pandemiya başa çatıb", sözlərindən istifadə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et