Bayden hökuməti Çinin "Huawei" şirkəti ilə bağlı qərar verəcək | Banco.az

Bayden hökuməti Çinin "Huawei" şirkəti ilə bağlı qərar verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Co Bayden hökuməti Çinin “Huawei Technologies” şirkəti ilə müvafiq qərar qəbul etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Co Bayden hökuməti Çinə məxsus  “Huawei Technologies” şirkətinin “Intel” və “Qualcomm” da daxil olmaqla bütün ABŞ tədarükçüləri ilə əməkdaşlığına son qoymağı planlaşdırır.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ildə ölkənin milli təhlükəsizliyinə təhlükə yaratması iddiası ilə xarici firmalardan texnoloji məhsulların alışını qadağan edən fərman imzalamışdı. O vaxtdan bəri yerli şirkətlərin “Huawei”lə əməkdaşlığı məhdud çərçivədə həyata keçirilir.

Onu da qeyd edək ki, ABŞ bir neçə ay əvvəl Çinə qabaqcıl çiplərin ixracına lisenziyalar tətbiq etməklə Çinin bu məhsullara çıxışını da məhdudlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et