Bayden əhalini kiçik dükanlardan alış-veriş etməyə çağırıb | Banco.az

Bayden əhalini kiçik dükanlardan alış-veriş etməyə çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Bayden əhaliyə kiçik mağazalardan alış-veriş etməyi tövsiyə edib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris “Şükran Günü”ndən sonra başlayan və “Qara Cümə” kimi tanınan endirimli alış-veriş mövsümünə kiçik mağaza sahiblərinə dəstək mesajları verərək qoşulublar.

Belə ki, Bayden və Harris həyat yoldaşları ilə birlikdə ölkədəki iqtisadi tənəzzüldən əziyyət çəkən kiçik dükan sahiblərini ziyarət ediblər.

Daha sonra prezident rəsmi “Twitter” səhifəsində həyat yoldaşı Cil Bayden ilə kiçik mağazalardakı alış-veriş fotoşəkillərini dərc etməklə, "Amerika, bu gün kiçik (dükanlardan) alış-veriş edin!" bəyanatını verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et