Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir.
Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarınaəsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.
06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilmişdir.