Barselonada turistlərə yeni qadağa tətbiq edilib | Banco.az

Barselonada turistlərə yeni qadağa tətbiq edilib

Müəllif:Ayşən İmanova/Banco.az

Barselona “TikTok” trendinə görə yeni turist qadağası tətbiq edir.

Banco.az xəbər verir ki, İspaniya hakimiyyəti turistlər üçün yeni məhdudiyyət qoyub. Yerli hakimiyyət orqanlarının qərarına əsasən, “Saqrada Familia” kilsəsinin yaxınlığındakı metronun çıxışında artıq selfi çəkmək mümkün deyil. Bildirilir ki, qadağaya səbəbi yeni “TikTok” trendi olub. Mükəmməl fotoşəkil əldə etmək üçün bəzi turistlər telefonlarını eskalator pilləkənlərinə qoyur və arxa planda “Saqrada Familia” görünən kimi selfilər və videolar çəkməyə başlayırlar. 

İnternet istifadəçilərinin fikrincə, bu, “dünyanın ən gözəl metro çıxışıdır” və artıq platformada belə təsviri olan minlərlə foto və video yerləşdirilib. Turistlərin keçidə mane olmamasını təmin etmək üçün TMB eskalatorun hər iki tərəfində pilləkənlərə telefon qoyulmasını qadağan edən lövhələr quraşdırıb. Stansiyanın çıxışında növbətçi işçi də var ki, turistlərə selfi çəkdirmək barədə şifahi xəbərdarlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, xəbərdarlıqlar hər zaman nəticə vermir. Bəziləri israrla video çəkmək istəyir, buna görə də nəzarətçilər polisə müraciət etməli olurlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et