Barselonada bitcoin alqı-satqı mərkəzi açıldı | Banco.az

Barselonada bitcoin alqı-satqı mərkəzi açıldı

İspaniyanın Barselona şəhərində bitcoin və digər kriptovalyutaların alqı-satqısı xidməti göstərən yeni mərkəz açılıb. Bu, Barselonada BitBase şirkətinə məxsus olan artıq 3-cü mərkəzdir və məşhur Balmes küçəsində yerləşir. Mərkəz martın 10-dan fəaliyyətə başlayıb və ethereum (ETH), ripple (XRP), tether (USDT) alışı mümkün olan 1 ədəd kripto-bankomat (ATM) quraşdırılıb.

Məlumat üçün qeyd edək ki, CoinATMradar.com-a əsasən İspaniya ərazisində 30 şəhər üzrə 128 kripto ATM fəaliyyət göstərir və bunlardan 24-ü Barselonada yerləşir.

kriptoinvest.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et