Barselona turistlərə mənzillərin kirayə verilməsini qadağan etmək istəyir | Banco.az

Barselona turistlərə mənzillərin kirayə verilməsini qadağan etmək istəyir

Müəllif:Ayşən İmanova/Banco.az

Barselona hakimiyyəti 2028-ci ilə qədər turistlərə şəhərdə mənzil kirayə verməyi qadağan etməyi planlaşdırır. 

Banco.az xəbər verir ki, bu yolla hakimiyyət mənzil qiymətlərinin sürətlə artmasının qarşısını almağa və şəhəri yerli sakinlərin yaşaması üçün rahat etməyə çalışır.

Şəhərin meri Jaume Colboni bildirib ki, Barselonada 2028-ci ilin noyabrına qədər hazırda qısamüddətli kirayə icazəsi olan 10,101 mənzilin lisenziyası ləğv ediləcək.

Turistlərin ən çox ziyarət etdiyi şəhər olan Barselonada qısamüddətli kirayə evlərin artımı bəzi sakinlərin kirayə və ya mənzil almaq imkanından məhrum edib. Barselona meri qeyd edib ki, son on ildə kirayələr 68%, mənzil satışının dəyəri isə 38% artıb. Bu, xüsusilə gənclər arasında bərabərsizliyin artmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et