Almaniyanın ixracı tariflərdən sonra gözləniləndən çox azalıb | Banco.az

Almaniyanın ixracı tariflərdən sonra gözləniləndən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkənin may ayına dair xarici ticarət göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixracat may ayında əvvəlki ayla müqayisədə 1,4% azalaraq 129,4 milyard avro təşkil edib.

Aprel ayında aylıq əsasda 1,6%-lıq azalmadan sonra, may ayı üçün proqnozlar ixracatın 0,5% azalacağı istiqamətində idi.

İdxal isə may ayında aylıq əsasda 3,8% azalaraq 111,1 milyard avroya düşüb. Gözləntilər idxalın aylıq əsasda 1,7% azalacağı istiqamətində idi.

Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış xarici ticarət profisiti may ayında 15,5 milyard avro gözləntisinin üzərində olaraq 18,4 milyard avro səviyyəsində reallaşıb. Aprel ayında isə xarici ticarət profisiti 15,7 milyard avro idi.

Yanvar-may dövrünə baxdıqda isə Almaniyanın ümumi ixracatı 655 milyard avro təşkil edib. Ümumi idxal isə 566,1 milyard avro səviyyəsində olub.

Beləliklə, yanvar-may dövründə ümumi xarici ticarət profisiti 88,9 milyard avroya çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram