"Barbie" filminin qlobal gəliri 1 milyard dolları ötüb | Banco.az

"Barbie" filminin qlobal gəliri 1 milyard dolları ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Barbie” filminin qlobal gəliri 1 milyard dolları üstələyib.

Banco.az xəbər verir ki, “Warner Bros” şirkəti “Barbie” filminin qlobal gəlirinin iyulun 21-dən bu yana 1 milyard dolları keçdiyini açıqlayıb.

Bu barədə “Warner Bros. Discovery” şirkətinin bölmələrindən biri olan “Warner Bros. Pictures” bazar günü məlumat yayıb.

Məlumatda deyilir ki, 2023-cü ilin blokbaster filmi olan “Barbie” üçün 21 iyul premyerasından bu yana bütün dünya üzrə kassalarda 1 milyard dollardan çox bilet satılıb.

Məlumatda həmçinin bildirilir ki, fantastik-komediya janrında çəkilmiş film ABŞ və Kanadadakı yerli kinoteatrlardan 459 milyon dollar, xaricdən isə 572,1 milyon dollar olmaqla ümumilikdə 1,0315 milyard dollar qazanc əldə edib.

Bununla da, “Barbie” filmi “Illumination” və “Universal” şirkətlərinin birgə istehsalı olan “Super Mario Brothers” filmindən sonra bu ilki kassa bilet satışlarında 2-ci yerdə qərarlaşıb. Aprel ayında premyerası həyata keçirilən “Super Mario Brothers” filminin bilet satışı 1,35 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Marqo Robbi və Rayan Qoslinqi görüşdürən film həm də rejissor Qreta Qerviqə bu vaxta qədərki "ən böyük açılış gəliri gətirən qadın rejissoru" ünvanını qazandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram