Bankomatların sayı artmağa başlayıb | Banco.az

Bankomatların sayı artmağa başlayıb

Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən Azərbaycanda bankomatların ümumi sayı 2016-cı il iyunun 1-nə 2 573 ATM təşkil edib.

Bankomatların 1 421 ədədi və ya 55,2%-i Bakıda, 1 152-i və ya 44,8%-i regionlarda yerləşir. May ayında paytaxtda 9 bankomat, regionda11 yeni bankomat quraşdırılıb. Qeyd edək ki, keçən il ilə müqayisədə may ayı göstəricilərinə əsasən bankomatların sayı 141 ədəd azalsa da iyun ayına 20 ədəd artım ümumi azalmanı 121-ə salmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, cari il iyunun 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər ATM təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et