Bankların Yeni il kampaniyaları - 2023 | Banco.az

Bankların Yeni il kampaniyaları - 2023

Bir çoxlarımızın sevimli bayramı olan Yeni ilə sayılı günlər qalıb. Demək olar ki, hər yerdə bununla əlaqədar bayram endirim və kampaniyalarına rast gəlirik. Banklar da öz növbəsində bu kampaniyalardan geri qalmır. Banco.az bankların bu bayram münasibətilə keçirdiyi kampaniyalarını bir araya yığıb sizə təqdim edir.

1. ABB

Yanvarın 31-dək rəsmi gəliri olan hər kəs 35000 manatadək nağd krediti 11,9%-dən başlayan faizlərlə komissiyasız və sığortasız əldə edə bilər. Krediti onlayn sifariş etmək üçün linkə keçid edə bilərsiniz.

Bankın digər kampaniyası isə TamKart debet və Azercell Co-brand kartları ilə bağlıdır. Dekabrın 30-dək TamKart Visa Classic, TamKart Mastercard və Azercell Co-Brand kartlarını bankın saytından və ya mobil tətbiqindən pulsuz sifariş edə bilərsiniz. Bundan əlavə, 7000 manat məbləğində (və ya ekvivalentində) kartdan karta köçürmə və bankıın öz bankomatlarından nağdlaşdırma zamanı heç bir komissiya tutulmayacaq. Kartdakı qalığa isə illik 7% olmaqla depozit hesablanacaq. Kartı əldə etmək üçün buradan sifariş verə bilərsiniz: https://bit.ly/3V521KQ

2. AccessBank

Bankın 13%-dən başlayan faizlərlə nağd kredit kampaniyasından dövlət işçiləri 40000 manatadək nağd kredit əldə edə bilərlər. Kredit əldə edərkən isə heç bir komissiya ödəmirsiniz. Həmçinin kredit götürmək üçün zamin də tələb olunmur. Kredit sifarişini isə buradan edə bilərsiniz.

Bankın digər bayram kampaniyası isə debet kartlarla bağlıdır. Siz myCard Standard  kartını pulsuz əldə etmək istədikdə, karta 500 AZN mədaxil edirsiniz. myCard Premiumda bu məbləğ 1000 AZN, myCard Lux kartında isə 5000 AZN-dir. Kartı əldə etməklə onun üstünlüklərindən (il ərzində 6 dəfə hava limanlarında VİP zallara ödənişsiz giriş, hava limanlarına ödənişsiz transfer, ölkə üzrə bütün ATM-lərdə komissiyasız nağdlaşdırma, Digər kartlara limitsiz və komissiyasız “card to card”, qalığa hesablanan 5%-dək gəlir və s.) yararlana bilərsiniz. Kart sifarişi üçün linkə keçid edin: https://bit.ly/3TilxUo

3. Azər Türk Bank

Bank müştərilərinə yanvarın 14-dək 12,5%-dən başlayan faizlərlə komisiya ödəmədən 30000 AZN-dək kredit təklif edir. Krediti onlayn sifariş etmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/3HMWAx6

4. Bank of Baku

Bank alış-veriş etməyi sevənlərə daha çox kəşbək qazandıracaq Bolkart kredit kartı üzrə kampaniya elan edir.

Kampaniya şərtlərinə əsasən yeni Bolkart kredit kartı əldə edənlər, ümumilikdə, minimum 200-500 AZN-lik dövriyyə etdikdə - 10 AZN,  500-1000 AZN-lik dövriyyə etdikdə - 25 AZN, 1000 AZN və daha çox məbləğdə dövriyyə etdikdə isə 50 AZN kəşbək qazanacaq.

Nəzərinizə çatdıraq ki, şərtlər kartı əldə etdiyiniz ilk 30-32 gün ərzində keçərlidir. Kartı sifariş etmək üçün isə linkə keçid edə bilərsiniz: https://bit.ly/3WPmZyP

Bankın digər kampaniyası isə nağd kredit götürmək istəyən şəxslər üçün nəzərdə tutulur. 31 dekabradək davam edən kampaniya ərzində kredit götürdükdə daha az aylıq ödəniş etmiş olacaqsınız. Belə ki, 4000 AZN kredit üçün ayda 98 AZN, 6000 AZN kredit üçün ayda 147 AZN, 10.000 AZN üçün isə 245 AZN ödəyəcəksiniz. Kredit sifarişi üçün linkə keçid edin: https://bit.ly/3BPmRXM

5. Bank Respublika

Bank Neokart Visa kartı əldə etmək istəyənlər kartın üstünlüklərindən 2 dəfə artıq faydalanacaq. Belə ki, kart sahiblərinə " Xoş gəldin" bonusu, uçuş milləri, danışıq dəqiqələri və mobil internet 2 qat hesablanacaq. Bundan əlavə, bankın ATM-lərindən nağdlaşdırmaya görə komissiya ödəməyəcək. Kartı buradan sifariş verə bilərsiniz: https://bit.ly/2TG9ciU

Bankın digər kampaniyası dollar əmanəti yerləşdirən üçündür. Bank dollarda olan əmanət faizlərini 3%-dək yüksəldib.

Bank bu bayramda kredit götürən şəxsləri də unutmayıb. “13 nəhs deyil, səs gətirəcək!” kampaniyası çərçivəsində yanvarın 31-dək müştərilər minimum 13%-lə kredit əldə edə biləcək. Krediti buradan sifariş verməklə əldə edə bilərsiniz. Bunun üçün banka getməyə belə ehtiyac yoxdur. 

Bankın dekabr ayının 31-dək davam edəcək digər kampaniyası isə mikro və aqro kreditləri ilə bağlıdır. Kampaniya çərçivəsində biznesmenlər bu kreditləri illik minimum 10%-lə və 10 güzəştlə əldə etmək fürsəti qazanacaq. Güzəştlər isə bunlardan ibarətdir: kredit faizinə 30% endirim,12 ayadək güzəşt müddəti, zaminsiz kredit götürmək imkanı, komissiyasız kredit götürmə imkanı, tranşla kredit götürmə imkanı, kredit xətti açılması imkanı, sərbəst ödəniş qrafiki, sığorta tələbi yox, qiymətləndirmə xərci yox, NeoKart Standard kartını 50% endirimlə əldə etmək imkanı.

6. BTB Bank

Bank həm fiziki, həm də hüquqi şəxslər üçün kredit kampaniyası elan edir. Belə ki, 30 000 AZN-dək nağd pul krediti və bizneslə məşğul olanlat üçün 1 000 000 AZN-dək biznes krediti təklif edir. Faizlər 12.99-dan başlayır, komissiya isə yoxdur. Krediti linkə keçid etməklə sifariş edə bilərsiniz: https://bit.ly/3BMXB4E

7. Expressbank

Ən sərfəli kredit üçün müraciət et

Bankın kredit kampaniyası çərçivəsində iş yerindən və maaşından asılı olmadan hər kəs 30000 manatadək nağd pul kreditini illik 12%-lə, komissiyasız əldə edə biləcək. Həmçinin kredit əldə edən müştərilərə kredit məbləğinə uyğun olaraq Expresso Standart, Gold və ya Platinum kredit kartı hədiyyə ediləcək. Krediti linkə keçid etməklə sifariş edə bilərsiniz: https://bit.ly/3PISeZU

8. Kapital Bank

Bankın yanvarın 6-dək davam edən nağd kredit kampaniyası ərzində 30 000 AZN-dək krediti 12,5%-dən başlayaraq komissiyasız əldə edə bilərsiniz. Kredit sifariş üçün linkə keçid edə bilərsiniz: kbl.az/kbfbny

Bankın digər kampaniyası isə biznes kreditləri əldə etmək istəyənlər üçündür. Kampaniya çərçivəsində biznes sahibləri 100 000 manatadək Mikro Biznes Kreditini komissiyasız əldə edə bilər. Bundan əlavə, kreditin rəsmiləşdirilməsi və nağdlaşdırması üçün komissiya tutulmayacaq. Kampaniya dekabrın 31-dək davam edəcək. Kredit sifariş üçün linkə keçid edə bilərsiniz: kbl.az/kbmbcdc

9. Naxçıvanbank

Bankdan 31 dekabradək 35000 AZN-dək krediti 14%-lə başlayan faizlərlə əldə edə bilərsiniz. Kredit sifariş üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/3HQTzvV

10. PAŞA Bank

Bankın 31 dekabradək davam edən kampaniyasında kiçik və orta biznes sahibləri onlayn biznes kreditinə müraciət etdikdə birdəfəlik komissiyaya 25% və ya illik faiz dərəcəsinə endirim əldə edəcəklər. Onlayn müraciət üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/3WcJxJN

11. Premium Bank

Bankın 3 illik Visa Signature Miles kartını 26 dekabradək 150 AZN-ə əldə edə bilərsiniz. Kartın əsas üstünlükləri ilə buradan tanış ola bilərsiniz. Kartı onlayn sifariş üçün linkə keçid edin: http://bit.ly/3Fzwwoe 

12. Rabitəbank

Bankın yanvarın 31-dək davam edən kampaniyası çərçivəsində nağd krediti 12%-dən başlayan, komissiyasız əldə edə bilərsiniz. Bununla yanaşı, kampaniya müddətində bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World ) 1 illik pulsuz veriləcək. Krediti onlayn sifariş etmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/3hF0Wvw

Bankın digər kampaniyası Kartmane istifadəçiləri üçün nəzərdə tutulub. Dekabr ayı ərzində kart sifariş etdikdə, yanvar ayı üçün kəşbək faizi 23%-dən hesablanacaq. Yanvar ayında sifariş etdiyiniz kart üçün isə fevral ayında həmin faiz qədər kəşbək hesablanacaq. Maksimum kəşbək məbləği isə 23 AZN-dir.

Bundan əlavə, yanvarın 7-dək restoranlarda NFC ödəniş edən bankın Mastercard kart sahibləri 10%-dək keşbek qazanacaqlar.

13. Unibank

Bankın bayram kampaniyada iştirak edərək, UCard-la bütün məhsulları 24 ay faizsiz taksitlə əldə edə bilərsiniz. Həmçinin məhsullara  60%-dək endirim də təklif olunur.

14. VTB Bank

Bank mikro kredit əldə etmək istəyənlər üçün krediti komissiyasız 18%-dən təklif edir. Maksimal məbləği 50000 AZN-dək olan bu kreditdən yanvarın 31-dək yararlana bilərsiniz.

Bununla yanaşı, kiçik və orta biznes sahibləri də biznes kreditlərini komissiyasız əldə edə bilərlər. Krediti onlayn sifariş etmək üçün linkə keçid edin: https://bit.ly/3iHXqkq

Bundan başqa, 27 dekabradək davam edən  bankın “Hədiyyəli kredit” lotereyasında iştirak edənlər 3 ədəd iPhone 13 PRO, 3 ədəd Apple Watch və 5 ədəd Airpods qazana bilərlər. Lotereyada bankdan kredit götürən şəxslər iştirak edə bilər.

15. Yapıkredi Bank

Bank Visa kartlarını 30 dekabradək pulsuz təqdim edir. Həmçinin Worldcard kredit kartı sahibləri kartdakı vəsaiti il sonunadək tam nağdlaşdıra bilər.

Bundan əlavə, bankın 12%-dən başlayan sərfəli istehlak kreditindən də faydalana bilərsiniz.

16. Yelo Bank

Bankdan hər kəs 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 13%-lə əldə edə bilər. Üstəlik, vəsaiti kartla olduğunuz yerə çatdırılır. Krediti onlayn sifariş etmək üçün linkə keçid edin: https://bit.ly/3Vc4XFI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et