Bankların qiymətli kağızlara investisiyalarında vəziyyət necədir? | Banco.az

Bankların qiymətli kağızlara investisiyalarında vəziyyət necədir?

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 22-nin bu il və ötən il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 13-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

Həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Beynəlxalq Bank", "Bank BTB", "PAŞA Bank", "Bank Avrasiya", "Kapital Bank", "AFB Bank", "Access Bank", "Bank VTB Azərbaycan", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Muğan Bank"dır. Ən çox azalma "Muğan Bank"da (100%), ən az azalma isə Pakistan bankında (3,1%) qeydə alınıb.

9 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Express Bank", "Bank of Baku", "Express Bank", "Turan Bank", "Zıraat Bank Azərbaycan", "Unibank", "Bank Respublika", "Yelo Bank", "Azər-Türk Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "Express Bank"da (18,9 dəfə), ən aşağı dinamika isə İran bankında (7,8%) qeydə alınıb.

6 bank - "AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

6 bankın qiymətli kağızlara investisiyaları 50 milyon manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 7-nin bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

Bunlar "AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.

Ən sərfəli kredit üçün müraciət et

Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 6-da investisiyaların məbləği 50 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 154,851  milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (902,921 milyon manat), "Kapital Bank" (404,441 milyon manat), "Unibank" (68,125 milyon manat), "Bank Respublika" (64,636 milyon manat) və "Xalq Bank"dır (52,525 milyon manat).

Qiymətli kağızlara investisiyaların məbləği 10 bankda 10-50 milyon manat arasında, 5 bankda isə 10 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et