Milli bayramımız olan Novruz öz xoş əhval-ruhiyyəsi ilə artıq indidən hiss edilməyə başlayıb. Bu bayram sevinc və bərəkətin rəmzidir. Banklarımız da müştərilərini, sevənlərini bu bayram çox intizarda saxlamadan kampaniyalarına start verdi.
Bir-birindən maraqlı və sərfəli bayram kampaniyaları sizlər üçün bir yerə topladıq. Hər birindən yararlanmağa çalışın.
Bayramınız mübarək!!!
Martın 9-dan 19-dək Bankdan “Gündəlik tələbat krediti” məhsulu üzrə kredit əldə edən müştərilərə güzəşt tətbiq ediləcək. Belə ki, həmin müddət ərzində nağd pul krediti almaq üçün "Kapital Bank"a müraciət edən hər bir müştəri kreditin illik faiz dərəcəsində 2%-ə qədər endirim qazanacaq.
Hər zaman müştərilərini sevindirməyə çalışan CDB Bank yeni “Kart Mart” kampaniyasına start verib. Kampaniyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştəri banka müvafiq sənədlər təqdim etməklə “Kart Mart” kartına sahib ola bilər. Məqsəd Mart bayramlarında - 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruzda hər kəsə xarcləmək imkanı yaratmaqdır.
Kampanya müddətində ödəniş kartı əldə etmək üçün Banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim edilir. Həmçinin, Azər Türk Bankın əməkhaqqı kart sahiblərinə təklif olunan "Korporativ" kredit məhsulu nağdlaşdırılan zaman birdəfəlik xidmət haqqı komissiyası tətbiq olunmayacaqdır.
Novruz bayramı ilə əlaqədar 30-dək Unibank filiallarına müraciət edən hər kəs “ALBALI PLUS” debet kartını pulsuz alacaq.
Expressbank Novruz bayramı münasibətilə əmanət yerləşdirən bütün müştərilərə hədiyyələr təqdim edəcək. Aksiyanın şərtlərinə görə, bütün əmanət yerləşdirənlərə Visa / MasterCard Gold kartı hədiyyə olunacaq.
15 mart tarixindən etibarən ABB-nin müştərisi olan hər kəs bu kampaniyadan faydalanaraq AMERİCAN EXPRESS kartına pulsuz sahib ola bilər.
Müsabiqələr
Unibank Novruz bayramı öncəsi Azərbaycan facebook istifadəçilərini sevindirir. Maliyyə sektorunda ən çox istifadəçisi olan Unibank facebook səhifəsinin iştirakçıları səhifədə keçirilən viktorinada iştirak edərək, iPhone 6s qazanmaq şansına sahib ola bilər.
Papağını at Bank of Baku-ya,
Samsung Galaxy S7 edge qazan HƏDİYYƏ!
Bayram ərəfəsində "Papaqatdı" oyunu oynayın, Azərbaycanda Samsung Galaxy S7 edge smartfonunun ilk sahiblərindən biri olun! Həmçinin, Samsung Gear VR virtual reallıq eynəyi və 100 AZN-lik hədiyyə kartı qazanın.
Dəmirbank-dan rəngarəngliyi ilə seçilən, fərqli adət-ənənələr ilə zəngin olan, ən vacibi isə yurdumuza bahar gətirən Novruz bayramı ərəfəsində Facebook izləyiciləri üçün maraqlı müsabiqə.
Novruz bayramı ərəfəsində hədiyyə
Milli adət-ənənələrimizin öyrənilməsi və təbliği üçün Kapital Bank-dan Facebook səhifəsində yeni müsabiqə