Bankların müxbir hesablarında nə qədər pul var? | Banco.az

Bankların müxbir hesablarında nə qədər pul var?

Bankların “Loro” və “Nostro” hesabları

Müxbir hesablar “Loro”“Nostro” olmaqla iki yerə bölünür. “Nostro” hesablar bankın digər maliyyə institutunda (Mərkəzi Bank və digər yerli və ya xarici kommersiya bankları) hesabları nəzərdə tutulur. Belə ki, banklar nağdsız hesablaşmaları həyata keçirmək üçün bu və ya digər banklarla müxbir əlaqələr qurur və müqavilə imzalanır. Müqavilənin əsas şərtlərinə hesablaşma qaydalarının müəyyən olunması, komissyon haqlarının təyini və müxbir hesabın möhkəmləndirilməsi qaydaları daxildir. Bu səbəbdən də bu hesablar bankların aktivi hesab olunur. “Loro” hesablar isə banklara qarşı olan tələblər olduğundan bank passivlərinin bir hissəsini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı cədvəldə Azərbaycan banklarının “Nostro” və “Loro” hesabları öz əksini tapmışdır. 

Qeyd edilən cədvəldə, “Nostro” dedikdə, Azərbaycan Mərkəzi Bankına qarşı tələblər (müxbir hesablar, ehtiyatlar istisna olmaqla) və banklardakı “Nostro” hesabları nəzərə alınmışdır. “Loro” hesablara isə yalnız bankların “loro” hesabları daxildir.