Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 3% artıb | Banco.az

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 3% artıb

2025-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 558,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 106,0 faiz əməl edilib.

Banco.az quruma istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faiz artıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyon manatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyon manatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faizi qeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorunun payına düşüb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram