Bankların müştəri bazası bu il 9% genişlənib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bankların müştəri bazası bu il 9% genişlənib

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 68 823 nəfər və yaxud 1,1% artaraq bu il noyabrın 1-nə 6 298 989 nəfər təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatından məlum olur.

Məlumata görə, müştərilərin 6 198 830 nəfəri fiziki, 100 609 nəfəri hüquqi şəxslərdir. Oktyabrda fiziki şəxslərin sayında 67 784 nəfər və yaxud 1,1%, hüquqi şəxslərin sayında isə 1 039 nəfər və yaxud 1% artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 3 356 nəfər və yaxud 1,3% artaraq 258 498 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 526 949 nəfər və yaxud 9,1% artıb. 

© Report