Bankların Mərkəzi Banka olan borcları daha da azalıb | Banco.az

Bankların Mərkəzi Banka olan borcları daha da azalıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, 2019-cu ilin 8 ayı ərzində kommersiya bankları Mərkəzi Banka olan borclarını 225 milyon manat, Avqust ayında isə 1 milyon manat azaldıblar. Cəmi borc 31 Avqust 2019-cu il tarixində 159,7 milyon manat təşkil edib.

Mərkəzi Bankın banklara qarşı tələbləri 31 Dekabr 2018-ci il tarixində 384.7 milyon manat, 30 İyul 2019-cu il tarixində isə 160.7 milyon manat təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərə verilən kreditlərin 13 milyard 527 milyon manata çatdığını nəzərə alsaq, bankların cəlb etdiyi resurslarda Mərkəzi Bankın vəsaitlərinin payı çox aşağıdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et