Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin dekabr ayında bankların kredit portfeli 1.3% və ya 301.7 mln. manat artaraq 23 milyard 183 milyon manat olub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların kredit portfeli illik müqayisədə 3,6 milyard manat və ya 18,3% artıb.
Kredit portfelinin 12 milyard 616 milyon manatını biznes kreditləri (illik 1,8 milyard manat və ya 16,2% çox), 6 milyard 937 milyon manatını istehlak kreditləri (illik 1,2 milyard manat və ya 20,5% çox), 3 milyard 629 milyon manatını isə ipoteka kreditləri (illik 644 milyon manat və ya 21,6% çox) təşkil edib.
Kredit portfelinin artımının 49%-i biznes, 33%-i istehlak, 18%-i isə ipoteka kreditləri hesabına təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!