Bankların kredit faizlərindən gəlirləri 1,8 mlrd. manatı ötdü | Banco.az

Bankların kredit faizlərindən gəlirləri 1,8 mlrd. manatı ötdü

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-may aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 825,2 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 284,5 milyon manat və ya 18,5% çoxdur.

Banklar 2025-ci ilin ilk 5 ayında 1 milyard 540,7 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 5 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 303,1 milyon manat (15,5%) artaraq 2 milyard 259,1 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram