Bankların kredit faizlərindən gəlirləri 1 mlrd. manatı ötdü | Banco.az

Bankların kredit faizlərindən gəlirləri 1 mlrd. manatı ötdü

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-mart aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 81,4 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 183,6 milyon manat və ya 20,4% çoxdur.

Banklar 2025-ci ilin ilk 3 ayında 897,8 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 3 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 207,2 milyon manat (18,3%) artaraq 1 milyard 342,1 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram