Bankların kredit faizlərindən əldə etdiyi gəlirlər 1 mlrd. manatı ötüb | Banco.az

Bankların kredit faizlərindən əldə etdiyi gəlirlər 1 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-may aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 245 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 225 milyon manat və ya 22% çoxdur.

Banklar 2023-cü ilin yanvar-may aylarında 1 milyard 20 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən ilk 5 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 241 milyon manat (17.4%) artaraq 1 milyard 626 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram